İŞİD-in hücumu nəticəsində İraqda 5 nəfər ölüb, 4 nəfər yaralanıb

  • 21:30 - 26 Sentyabr

İraqda İslam Dövləti (İŞİD) terror qruplaşması yaraqlılarının hücumu nəticəsində ən azı 5 nəfər ölüb, 4 nəfər yaralanıb.

Bu barədə “Shafaq news” xəbər yayıb.

  •  

Bağdadın şimalındakı Diyala əyalətindəki hökumət rəsmiləri xəbəri təsdiqləyib.

Hadisə şənbə günündən bazar gününə keçən gecə Baakuba əyalətinin inzibati mərkəzi yaxınlığındakı El-Abbara qəsəbəsi ərazisində baş verib.

Əldə olan məlumata görə, əvvəlcə radikallar yol kənarına qoyulan partlayıcı qurğunun üstündə bir yük maşını partladıblar.

Təhlükəsizlik qüvvələri hadisə yerinə çatanda və səs-küyə yerli sakinlər toplaşanda terrorçuların snayperləri hər iki tərəfdən onlara atəş açıb.(apa)


Oxunma sayı: 2201

Oxşar yazılar