Pakistanda partlayış nəticəsində 4 zabit həlak olub, 2 nəfər yaralanıb

  • 13:20 - 26 Sentyabr

Pakistanın Bəlucistan əyalətində içərisində mina olan avtomobilin partlaması nəticəsində 4 Pakistan təhlükəsizlik zabiti ölüb, 2 nəfər yaralanıb.

Bu barədə "Dawn" qəzeti yazıb.

  •  

Qəzetin yazdığına görə, Sərhəd Korpusunun zabitləri şənbə günü partlayışın baş verdiyi Harnai rayonunda patrul xidməti həyata keçiriblər.

Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub.

Hadisə yerinə gələn digər təhlükəsizlik qüvvələri yaralıları xəstəxanaya aparıblar.(apa)


Oxunma sayı: 2410

Oxşar yazılar