ABŞ-da sərnişin qatarı relsdən çıxıb, ölənlər var

  • 17:30 - 26 Sentyabr

ABŞ-ın Montana ştatında sərnişin qatarı relsdən çıxıb.

Bu barədə “KXLH” telekanalı ABŞ-ın “Amtrak” dəmir yolu sərnişindaşıma şirkətinə istinadən xəbər yayıb.

 

Hadisə yerli vaxtla saat 16 radələrində Joplin ərazisi yaxınlığında baş verib.

Qatarda təxminən 147 sərnişin və 13 ekipaj üzvü olub.

CBS-nin yerli polisə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, çox sayda xəsarət alanlar var.

Yaralılar, həmçinin digər sərnişinlər təhlükəsiz şəkildə evakuasiya edilib.(apa)


Oxunma sayı: 2432

Oxşar yazılar