FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib edib

  • 10:00 - 26 Sentyabr

Fövqəladə Hallar Nazirliyi (FHN) Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

FHN-dən Avropa.info-ya verilən məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb. Yanğın hadisəsi baş verməyib.

  •  

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.


Oxunma sayı: 1783

Oxşar yazılar