Türkiyənin havadakı yeni gücü "AKINCI" PUA izləyənləri heyran etdi - Bayraktar "AKINCI" ilə bağlı MÜHÜM DETALI AÇIQLADI (FOTOLAR)

  • 00:45 - 26 Sentyabr

İstanbulda keçirilən TEKNOFEST -də uçuşu ilə izləyiciləri heyran qoyan Türkiyənin havadakı yeni gücü "AKINCI" PUA ilə bağlı daha bir detal ortaya çıxıb.

Avropa.info xəbər verir ki, Türkiyənin ən böyük texnologiya tədbiri olan TEKNOFEST İstanbuldakı Atatürk Hava Limanında keçirilib.

"Baykar" şirkətinin istehsal etdiyi "Akıncı" Pilotsuz Döyüş Aparatı da nümayiş uçuşu edib.

"Baykar" Şirkətinin ümumi müdiri, Səlçuk Bayraktarın qardaşı Haluk Bayraktar sosial media hesabından əhəmiyyətli bir məlumatı paylaşıb. 

Bayraktar, "AKINCI" PUA-nın TEKNOFEST -də etdiyi bütün uçuşların tam avtomatik rejimdə həyata keçirildiyini bildirib.


Oxunma sayı: 4643

Oxşar yazılar