Ərdoğan ABŞ-a açıq şəkildə BƏYAN ETDİ : "Kimsə müdaxilə edə bilməz, Türkiyə olaraq qərarları biz veririk" (FOTO)

  • 22:10 - 25 Sentyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT -nin 76 -cı Baş Assambleyasına qatılmaq üçün getdiyi ABŞ -da CBS News müxbiri Marqaret Brennana müsahibə verib.

Avropa.info xəbər verir ki, müsahibəni yayımlayan CBS News, Prezident Ərdoğan haqda "Ərdoğan meydan oxuyur" ifadəsi işlədib.

Xəbərdə, "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə CBS News-a verdiyi xüsusi müsahibədə, hökumətinin ABŞ-a meydan oxumağı və Rusiya istehsalı olan başqa bir zenit-raket müdafiə sistemi satın almağı planlaşdırdığını söylədi", -deyə bildirilir.

Ərdoğanın ABŞ-ın S-400 bəhanəsi ilə Türkiyəyə F-35 tədarükünü dayandırması ilə bağlı etdiyi çıxışı zamanı Brennan, "Görünür, Rusiyadan başqa bir S-400 hava hücumundan müdafiə sistemi satın almağı planlaşdırırsınız", sualını verib.

Prezident Ərdoğan bu suala cavabı olaraq, "Hansı ölkədən hansı müdafiə sistemləri aldığımıza heç kim müdaxilə edə bilməz. Kimsə buna müdaxilə edə bilməz. Yalnız qərarları biz veririk" deyib.

Müxbirin "Bu cavab "bəli "deməyə çox oxşayır" deməsinə cavab olaraq Ərdoğan, "Nə demək? Təbii ki bəli", cavabı verib.  

Qeyd edək ki, dünən cümə namazı çıxışında açıqlama verən Ərdoğan ABŞ-ı və onun prezidenti Baydeni sərt şəkildə tənqid etmişdi.

"ABŞ terror təşkilatı PKK-YPG-yə gözləniləndən daha çox dəstək verir. Terror təşkilatı ilə mübarizəni bir kənara qoyun, onlara böyük bir miqdarda silah-sursatla dəstək verir. Biz də bunu bütün dünya ilə bölüşmək məcburiyyətində qalırıq", - deyə Ərdoğan bildirmişdi.

Avropa.info


Oxunma sayı: 8427

Oxşar yazılar