"Urus, Rusiyaya qayıt!" - Rusiya mətbuatı Orta Asiyada Türkiyənin təsirinin güclənməsindən HƏYƏCANLA YAZIR

  • 19:22 - 25 Sentyabr

Rusiya nəşri  Türkiyəni və türk respublikalarını hədəfə aldı: “İstəsə, "türk kəmərini" bir saat ərzində ortasından qırar...”

“Orta Asiyada ruslara qarşı diskriminasiya artıb”. Rusiyanın “Komsomolskaya Pravda”nəşrinin “Urus, evinizə qayıt” sərlövhəli məqalədə belə deyilir. Nəşr 6 milyon “özbək miqrantı yedirdən”  Özbəkistanda yaz ayında 8 yaşlı rus uşağın yaşadığı binanın həyətində incidildiyini və alçaldıldığını iddia edir. Bildirilir ki, həmyaşdıları 8 yaşlı uşağa və onun müdafiəsinə qalxan nənəsinə "Urus, Rusiyaya qayıt!" deyiblər. 

“KP” yazır ki, təxminən 6 milyon özbək miqranta çörək yeri olan Rusiyaya bu münasibət anlaşılan deyil. Üstəlik, Daşkənd polisi ruslara qarşı bu hərəkəti etmiş özbəklərin cəzalandırılmaması üçün hər cür səy göstərib. Nəşr bir neçə ay əvvəl başqa bir Orta Asiya respublikası Qırğızıstanda bir oğlan uşağı idman düşərgəsində provoslav olduğu üçün iki həftə döyüldüyü haqda ətraflı yazdığını yada salır. O da iddia olunur ki, postsovet məkanında ruslara qarşı milli zəmində barışmaz münasibət getdikcə daha qabarıq nəzərə çarpır. 

ozbek_fehle.jpeg (32 KB)

Bəs bu xoşagəlməz hadisələrin artmasının səbəbi nədir? “Orta Asiyadan gələn milyonlarla mühacir Rusiyada işləyir, o cümlədən Rusiya vətəndaşlığını almaq üçün ən müxtəlif yollara əl atırlar.  2020-ci ildə əmək miqrantları Rusiyadan Özbəkistana 6 milyard dollar pul köçürüblər, bundan bir neçə dəfə artıq vəsait isə ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu, postsovet məkanında təsirini saxlamaq istəyən Rusiyanın xoş niyyətindən xəbər verir” deyə, məqalədə bildirilir. “Siz miqrantlar, Rusiyada əmək bazarını doldurursunuz, amma vergi ödəmirsiniz və qazandığınız pulu evinizə aparırsınız və orada həmvətənlərimizi lağa qoyursunuz. Etnik və milli zəmində qruplar arasında gərginliyin artmasını, məsələn, Özbəkistanda etiraf etmirlər, bu barədə soruşanda Böyük Vətən müharibəsində qardaş xalqların birgə iştirakından danışırlar. Amma Daşkənddə yerli qanunvericilik palatasının rus deputatı Yelena Babenko mətbuat konfransı keçirəndə jurnalist ondan ya özbək dilində danışmağı, ya da tərcüməçi ilə gəlməyi tələb edir”, - deyə, müəllif yazır.  

1469199508568.jpg (82 KB)

“Niyə postsovet Mərkəzi Asiya respublikaları Rusiya ilə münasibətləri kəskinləşdirir” sualının cavabına gəlincə, burada qərəz və necə deyərlər, “xoruzun quyruğu” görünür. Bu dəfə nəşr iddia edir ki, bu cür “millətçi” münasibətə səbəb regionda Türkiyənin rolunun artmasıdır. Məqalənin bu hissəsində Orta Asiya respublikaları hətta təhdid də olunur: “Türkiyənin postsovet türkdilli məkanda özünü necə sərbəst hiss etdiyini söyləməyə ehtiyac yoxdur. Böyük Turan haqqında söhbətlər Orta Asiyada çoxdan və ardıcıl olaraq həyata keçirilir. Bütün suallar və iradlar isə vassallara deyil, baş hakimə verilməlidir. Rusiya, istəsə bu "türk kəmərini" bir saat ərzində ortasından qıra bilər. Rusiyanın orbitindən sürünüb çıxmaq istəyən ölkələr yalnız qonşularının (Rusiya nəzərdə tulur-red) lütfü ilə müstəqildirlər. Sərhəddəki şlanqbaumu aşağı salmaq kifayətdir  ki, Mərkəzi Asiyada mövcud olan bir çox rejim xalq qəzəbi dalğası tərəfindən silinsin. Reallıqda Rusiya sərhədlərin birdən-birə bağlandığını bəyan etməyəcək. Və bunun da səbəbini izah etmək olar. Çünki Rusiya da  iqtisadi cəhətdən bu ölkələrdən heç də az asılı deyil. Yalnız biznes deyil, iqtisadiyyatın bütün sahələrində həm də... Bu səbəbdən nə sülh, nə müharibə, nə dostluq, nə də mübahisə davam edəcək”. 

Nəşr sonda yazır ki, vəziyyətdən yalnız iki çıxış yolu var: Birincisi, Türkiyəni xarici təsir zonalarına genişləndirmək planlarını məhdudlaşdırmaq. “Amma ikimərhələli ikinci yol da var. Birincisi, getdikcə daha çox girovlara bənzəyən "imperiyanın ögey övladlarını" Rusiyaya qaytarmaq. Və yalnız bundan sonra o respublikalara iqtisadi və siyasi təzyiqlərə başlamaq”. 

Musavat.com


Oxunma sayı: 16567

Oxşar yazılar