Zərdab rayonundakı Şəhidlər xiyabanı əsaslı təmir edilir - FOTO

  • 15:21 - 25 Sentyabr

Zərdab rayonundakı Şəhidlər xiyabanında əsaslı təmir-bərpa işlərinə başlanılıb.

Avropa.info xəbər verir ki, təmir işləri Zərdab rayon İcra hakimiyyətinin başçısı Mərdan Camalovun təşəbbüsü ilə həyata keçirilir.

Şəhidlər xiyabanında səliqə-sahman yaradılır, məzarların ətrafına yeni daş plitələr döşənir. 

Zərdab rayonundakı Şəhidlər xiyabanında dəfn olunmuş Qarabağ müharibəsi şəhidlərinin məzarlarının təmiri şəhidlərin ailə üzvləri və yaxın qohumları ilə məsləhətləşmələrdən sonra, onların istək və arzuları nəzərə alınaraq aparılır. 

Təmir-bərpa işləri başa çatdıqdan sonra burada yaşıllıq da salınacaq, gül və həmişəyaşıl kollar əkiləcək.

Şəhidlər Xiyabanında həyata keçirilən bərpa və yenidənqurma işlərinin qısa müddətdə başa çatdırılması nəzərdə tutulub.

Şirvani Hümbətoğlu
Avropa.info


Oxunma sayı: 5193

Oxşar yazılar