Qarabağdakı sülhməramlılara yeni komandan təyin edildi - RƏSMİ - YENİLƏNİB

  • 11:50 - 25 Sentyabr

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir.

Avropa.info-nun "Sputnik Armenia"ya istinadən verdiyi məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.

Xatırladaq ki, Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.

***

10:19

Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.

Avropa.info bildirir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilir ki, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir. General-leytenant Anaşkinin rəsmi təyinatı sabah elan ediləcək.

Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandiri Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.


Oxunma sayı: 4236

Oxşar yazılar