Azərbaycan neftinin qiyməti 79 dollara yaxınlaşır

  • 17:18 - 24 Sentyabr

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Avropa.info bildirir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,57 ABŞ dolları və ya 2,04% artaraq 78,5 dollar təşkil edib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 77,84 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,56 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,57 dollar/barel çoxdur.


Oxunma sayı: 8977

Oxşar yazılar