"ABŞ terror təşkilatı PKK-YPG-yə böyük dəstək verir, Putindən gözləntilərim isə fərqlidir..." - Ərdoğan gözlənilən Moskva görüşü haqda

  • 16:17 - 24 Sentyabr

"ABŞ terror təşkilatı PKK-YPG-yə gözləniləndən daha çox dəstək verir. Terror təşkilatı ilə mübarizəni bir kənara qoyun, onlara böyük bir miqdarda silah-sursatla dəstək verir. Biz də bunu bütün dünya ilə bölüşmək məcburiyyətində qalırıq."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə verdiyi açıqlamada deyib. Ərdoğan, Putinlə gözlənilən görüşündən də danışıb. 

"Cənab Putindən gözləntilərim çox fərqlidir. Təəssüf ki, Suriyadakı rejim ölkəmizin cənubunda bizə təhlükə yaradır. Burada dost ölkələr olaraq həmrəyliyimizin tələbi olaraq cənab Putindən, daha doğrusu Rusiyadan fərqli yanaşmalar gözləyirəm. Bu mübarizəni cənubda birlikdə aparmalıyıq. Göründüyü kimi, ABŞ Suriya ilə o qədər də maraqlanmır.

İndi Suriyada Türkiyə, Rusiya və İran var. Suriyanı sülh hövzəsinə çevirmək niyyətindəyiksə, öz aramızda danışmalıyıq. Biz də Rusiya ilə ikitərəfli münasibətlərimizi daha da irəli aparmağa çalışırıq. Məqsədimiz 100 milyard dollarlıq ticarət həcminə çatmaqdır",-deyə Ərdoğan qeyd edib. 


Oxunma sayı: 3389

Oxşar yazılar