O ölkə İsraillə danışıqları dayandırıb, Türkiyədən 13 ədəd "Bayraktar TB2" aldı... - Hərbi mənbələr AÇIQLADI

  • 14:29 - 24 Sentyabr

Hərbi xəbər saytı "Africa Intelligence" bir çox ölkənin Pilotsuz Döyüş Təyyarəsi (PUA) almaq üçün Türkiyəyə üz tutduğunu,  bu vəziyyətin İsraili narahat etdiyini yazıb. 

Avropa.info xəbər verir ki, saytın yaydığı xəbərdə Mərakeşin İsrailldən PUA almaq üçün Tel-Əvivə yaxınlaşdığını, lakin ani bir gedişlə Türkiyədən "BayraktarTB2" PUA-ları almaq üçün Ankaraya müraciət etdiyi bildirilib. 

"Türkiyə artıq silah ixracatçısına çevrilir. Bu həm də Ankaranın Afrika qitəsində təsirinin genişləndiyi anlamına gəlir. Mərakeş Krallığı daha əvvəl kamikadze dronlar almaq üçün İsrailə müraciət etmişdi. Hətta bunun üçün İsrail Aviasiya İnsitutu ilə danışıqlar aparılırdı. Lakin, Mərakeş anidən üzünü Türkiyəyə döndərdi. 

Mərakeş, təcili olaraq PUA-lara olan ehtiyacı ödəmək üçün Türkiyənin qapısını döydü. Kral VI Məhəmməd Türkiyənin Baykar şirkətindən 13 ədəd "Bayraktar-TB2" PUA-sı sifariş etdi",-deyə saytın yazısında qeyd olunur. 


Saytın daha bir xəbərinə görə isə Toqo Prezidenti Faure Qnassinqbe ordunu gözlənilən mübarizələrə hazırlamaq üçün Türkiyə ilə sıx danışıqlar apardığı və bunun Fransanı narahat etdiyi qeyd olunur.  

Avropa.info


Oxunma sayı: 7041

Oxşar yazılar