Türkiyədən F-35 HƏMLƏSİ: ABŞ-dakı lobbi şirkəti ilə razılaşmanın müddəti uzadıldı - Yeni müqavilə bağlandı

  • 10:48 - 24 Sentyabr

ABŞ-ın Arnold & Porter Kaye Scholer hüquq firması ilə Türkiyə arasında F-35 qırıcı təyyarə proqramında iştirakla əlaqədar lobbiçilik müqaviləsinin bir il daha uzadıldığı qeyd edilib.

Avropa.info xəbər verir ki, yeni açıqlanan ABŞ Ədliyyə Nazirliyinin qeydlərinə görə, şirkət Türkiyə ilə 1,5 milyon dollarlıq yeni bir müqavilə bağlayıb. Buna görə, şirkət 2022 -ci ilin avqust ayına qədər Türkiyəyə "strateji və hüquqi məsləhət xidmətləri" göstərəcək.

Vaşinqtonda yerləşən Arnold & Porter Kaye Scholer hüquq firmasının xarici ölkələrə və şirkətlərə xidmət göstərmək üçün Xarici Agentliklərin Qeydiyyatı Qanunu (FARA) çərçivəsində müqaviləsini ictimaiyyətə təqdim etdiyi bildirilsə də, şirkət və ya Türkiyə tərəfindən bu mövzuda heç bir açıqlama verilmədiyi bildirilib.

Qeyd edək ki, Arnold & Porter Kaye Scholer 2021-ci ilin fevral ayında, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin (SSB) nəzdində olan "SSTEK Defence Industry Technologies" ilə 6 aylıq lobbi müqaviləsi imzalamışdı.

750 min dollarlıq müqaviləyə əsasən, şirkət Türkiyəyə göstərəcəyi xidmətlə bağlı aşağıdakı açıqlama verdi: 

"Şirkətimiz (Türkiyəyə) Birgə Strike Fighter Programında iştirakına davam etməsi üçün strateji məsləhətlər və təlimatlar verəcək. Eyni zamanda, müvafiq ixrac nəzarəti, sanksiyalar və əlaqədar hüquqi mövzularda da məsləhət verə bilər." 

Müdafiə sənayesi naziri İsmayıl Demir keçən ilin may ayında verdiyi açıqlamada ABŞ-ın Türkiyəni F-35 proqramından çıxarmasının heç bir hüquqi əsasının olmadığını ifadə edərək, bunları deyib: "Heç bir ölkənin F-35 proqramından birtərəfli qaydada çıxarıla bilməyəcəyini söylədik. Dialoq prosesi bunun əksinə olmayacaq bir həll yolunu tapmağa başlayacağıq". 

Xatırladaq ki, ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması səbəbilə Ankaraya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib və 2021-ci ilin aprelində rəsmi bildirişlə Türkiyə F-35 layihəsindən çıxarılıb.


Oxunma sayı: 3466

Oxşar yazılar