Qardaşlardan birinin öldürüldüyü, digərinin isə yaralandığı hadisənin TƏFƏRRÜATI - VİDEO

  • 09:20 - 24 Sentyabr

Qaradağ rayonunda qətl olub. Hadisə Lökbatan qəsəbəsi 28 may küçəsindəbaş verib . Hadisə zamanı taksi sürücüsü işləyən Sərxan Dadaşov, qəsəbə sakinləri olan iki qardaşı bıçaqlayıb. Nəticədə qardaşlardan biri dünyasını dəyişib.

Avropa.info xəbər verir ki, hadisənin təfərrüatlarını qardaşlardan digəri Samir Cəfərov ''XəzərXəbər''ə danışıb.

Taksi sürücüsü iki qardaşdan birini bıçaqla vuraraq öldürüb, digərini isə yaralayıb. Tanışlar arasında yaranan mübahisə faciəvi sonluqla nəticələnib.

Hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Baş vermiş hadisə ilə bağlı Qaradağ rayon Prokurorluğu məlumat yayıb. Məlumata görə, 24 yaşlı Sərxan Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla 23 yaşlı Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Bıçaqla xəsarət alan Samir Cəfərov baş vermiş hadisənin təfərrüatlarını ''Xəzər Xəbər''ə danışıb. Onun sözlərinə görə, qardaşı Kamil Cəfərovun Sərxan Dadaşovla aralarında hər hansı bir problemin olmasından və buna görə də mübahisə edəcəklərindən xəbəri olmayıb. Sadəcə o, qardaşı ilə birlikdə qeyd edilən ünvana gəldikləri zaman qəfil dava başlayıb.

İddiaya görə, Kamil Cəfərovun ayaq hissəsində damarı kəsildiyindən o, qanaxmadan dünyasını dəyişib. Samir Cəfərov isə qolundan bıçaq yarası alıb və hazırda onun vəziyyəti yaxşıdır.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət məcəlləsinin "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 1497

Oxşar yazılar