Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Levon Ter-Petrosyanın evində - Fəxri doktor adı almaq üçün İrəvandadır (FOTO)

  • 00:58 - 24 Sentyabr

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qırğızıstanın devrilmiş keçmiş prezidenti Əsgər Akayevlə evində görüşüb. 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Petrosyanın mətbuat katibi Arman Musinyan məlumat yayıb. Məlumata görə, Akayev Ermənistan-Rusiya Universitetinin dəvəti ilə fəxri doktor adına layiq görülmə mərasimində iştirak etmək üçün İrəvana gəlib.

"Ter-Petrosyan və Akayev səkkiz ilə yaxındır ki, həm MDB çərçivəsində, həm də ikitərəfli münasibətlərdə sıx əməkdaşlıq ediblər", - deyə Arman Musinyan bildirib.


Oxunma sayı: 5743

Oxşar yazılar