Türkiyə ilə "Taliban" arasında ilk rəsmi görüş baş tutdu - FOTO

  • 16:48 - 23 Sentyabr

Türkiyə ilə Əfqanıstanda hakimiyyətə gələn "Taliban" arasında ilk rəsmi təmas gerçəkləşib. 

Avropa.info xəbər verir ki, Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay Əfqanıstan xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Emirhan Muttaki ilə görüşüb.

Xəbəri Əfqanıstan mediası yayıb. Türkiyənin Əfqanıstandakı səfiri Erginay da şəxsi sosial media hesabında Muttaki ilə görüşdüyünü əks etdirən foto paylaşıb. 

"Xarici işlər naziri vəzifəsini müvəqqəti icra edən Emirhan Muttaki ilə bir görüş keçirdik. Türkiyə Əfqanıstan xalqını dəstəkləməyə davam edəcək və tarixi əlaqələrimiz daha da güclənəcək. Təhsil, sağlamlıq və iqtisadi inkişaf kimi mövzularda da fikir mübadiləsi apardıq. Səmimi qonaqpərvərliyə görə ona təşəkkürümü bildirirəm",-deyə səfir sosial media hesabında yazıb.


Oxunma sayı: 7305

Oxşar yazılar