ABŞ-ın Azərbaycana qarşı mənəvi terror siyasəti - USAİD bizdən nə istəyir?

  • 15:51 - 23 Sentyabr

Müasir dövrdə ABŞ mənəvi aşınmanın əsas katalizatoru kimi özünün Şərq siyasətinin konurlarını daha genişləndirib. Qərb qütbünün hakimi hesab olunan ABŞ iqtisadi hökmranlığının, silah səltənətinin və “dollar diplomatiyası”nın son yüz ildə dəyişməyən görkəmini qoruyub saxlamağa çalışır. Amma XX əsrin ikinci yarısından başlayaraq, ABŞ dünya dövlətləri üçün yeni “səhifə” açdı, bütün dünya xalqlarını “neoəxlaq” qaydaları üz-üzə qoydu. Elə bu məqsədlə də 1961-ci ildə prezident Con Kennedinin imzaladığı sənədlə USAİD - ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi yaradıldı. Müxtəlif dövlətlərə yardımları nəzərdə tutan USAİD-in yaradılması ilə xarici ölkələrdə mənəvi terrora start verilir və ABŞ bu dəfə silahla deyil, iqtisadi cəhətdən zəif olan ölkələrə “yardım aksiyaları” libasında daxil olmağa başlayır.

USAİD-in yardım etdiyi ölkələrdə ayrılan pullar hesabına eynicinslilərin evliliyi, azyaşlı uşaqların seksual həyata cəlb edilərək onların porno filmlərinin hazırlanması, cins dəyişdirilməsinin normal yaşam tərzi olduğu təbliğ olunmağa başlayır. “Gender bərabərliyi” adı altında qadın hüquqlarının şişirdilərək kişilər üzərindəki hakimliyini təmin etməklə, ailə instututlarının darmadağın edilməsi USAİD-in əsas məqsədlərinin buferi rolundan çıxış edirdi. Məhz bu yolla ölkələrin daxili işlərinə daha “səmərəli” müdaxilə planı USAİD-in fəaliyyətinin əsas proqramını təşkil edir.

Rusiyada USAİD-in fəaliyyəti qadağan edilib. 2010-cu ildən bu günə qədər ABŞ-ın USAİD təşkilatı bir neçə ölkədən qovulub. Məsələn, USAİD Belarus və Efiopiyadan ən sərt ittiham çıxışları ilə öz ölkəsinə sürgün edildi. 2013-cü ildə Boliviya prezidenti Ero Morales USAİD-in ölkədəki fəaliyyətini “Boliviyada çalışan amerikalıların dövlətin daxili işlərinə qarışması” kimi qiymətləndirərək bu təşkilatı öz ölkəsindən qovub çıxardı. Halbuki, USAİD 50 il ərzində Boliviyada təhsil, səhiyyə və iqtisadi sferaya 50 milyard dollar pul xərcləmişdi. Əvəzində isə Boliviya cəmiyyətinin “rul”u və idarəçilik düsturları ABŞ-ın əlində idi.

USAİD Azərbaycanda…

Təşkilatın rəsmi sənədlərinə görə, ABŞ USAİD vasitəsilə Avrasiya dövlətlərini tərəfdaş hesab edir və ölkələrin Rusiyadan neft-qaz asılılığını azaldır. İqtisadi baxımdan asılılığın azaldılması həm də Rusiyanın siyasi rıçaqlarını zəiflədə bilərdi. Amma bu məsələdə təkcə Rusiyadan asılıq əsas rol oynamır, ölkələrin sosial dayaqlarının da sıradan çıxarılması əsas hədəf idi. Sosial dayaqların məhv edilməsi prosesi isə gənclər, qadınlar üzərindən daha effektiv işartılar verə bilərdi.

USAİD Azərbaycandakı fəaliyyəti ilə çoxdan tanışıq, bu, bizim münasibət bildirməli olduğumuz yeni məsələ deyil. Diqqət ediriksə, Donald Trampın prezident seçilməsi ilə ölkələrdə “neoəxlaq” qaydalarının daha da şiddətlənəcəyi proqnozlaşdırılırdı. Amma tam əksinə oldu. Bundan əvvəl USAİD-in Azərbaycandakı fəaliyyətinə daha çox siyasi rakursdan baxmaq olurdu. Co Baydenin prezidentliyi dövründə isə USAİD-in Azərbaycandakı fəaliyyətinin güclənəcəyi şübhə doğurmur. Nəzərə almaq lazımdır ki, Azərbaycan-Türkiyə münasibətlərinin tarixdə heç vaxt olmadığı qədər pik həddə çatması yeni tendensiyalar yaradır. Rusiya sülhməramlılarının Qarabağdakı müvəqqəti mövcudluğu ABŞ-ın regionda savaş istəklərini daha da şiddətləndirəcək. Son bir neçə il ərzində ABŞ-ın SOROS vasitəsilə Ermənistanda atmosferə sahiblənməsi bu hadisələr fonunda ciddi təhlil edilməlidir.

2017-ci ildə USAİD administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqot Ellis bildirmişdi:

“ABŞ bu müddət ərzində Azərbaycan xalqının firavanlığının yaxşılaşdırılması, dövlətin demokratik, sabit olması məqsədilə 1,3 milyard dollar yardım edib. Bu yardımdan 400 milyon dollar USAİD vasitəsilə təqdim olunub. Tərəfdaşlığımız davamlılığı ilə seçilib”.

O zaman Azərbaycanda xaricə bağlı vətəndaş cəmiyyəti institutlarının, “müstəqil” siyasətçi və ekspertlərin fəaliyyəti, “firəvanlığın yaxşılaşdırılması”na yönilmiş proqramların "səmərəsini" təhlil etsək, əcaib görüntülər ortaya çıxır:

- Artıq Azərbaycanda eynicinslilərin evliliyinə icazə verilməsi üçün ortaya tələblər qoyulur və onların nikahının rəsmiləşdirilməsi gündəmə gətirilir

- Bakı küçələrində həyata keçirilən eyncinslilərin evlilik təklifləri sosial şəbəkələrdə (xüsusilə də, “Tik-Tok”da) ictimailəşdirilir

- Feminizm cərəyanı özünün ən şiddətli tələblərini efirlərdən, sosial şəbəkələrdən səsləndirməyə başlayıb

- Uşaqlara valideynə tabe olmamaq “hüquqları” izah olunur, onlara istənilən yaşda istənilən qərar vermək gücündə olduğu təlqin edilir

- Seksual azlıqlar yüksək məişət şəraiti ilə təmin ediliblər, onlar bahalı mənzillərə və maşınlara sahibləniblər, özlərinə kiçik biznes sahələri quraraq öz “ideyaları”nı təbliğ etmək üçün cəlbedici platformalar düzəldiblər

Hədəf bəllidir: ABŞ Azərbaycanın İstanbul konvensiyasına qoşulmasına nail olmaq istəyir. Amma təkcə bununla bitmir. Azərbaycanda ailə-məişət problemləri məqsədli şəkildə şişirdilir, gündəmə gətirilir və hadisələrə “qlobal” don geyindirilir.

Artıq Azərbaycanın ən ucqar kəndlərində müxtəlif üsullarla evdar qadınlara, qızlara, azyaşlı uşaqlara təsir etməyə başlayıblar. Ailəsində problemlər olan evli qadınların proseslərə cəlb olunma halları daha da artıb. Onlar müxtəlif gizli yollarla təlimatlandırılır və ailəsində baş verən hansısa arzuolunmaz hadisədən sonra evdən qaçaraq Bakıda mənsəbi bilinməyən müxtəlif tşkilatlaraa sığınırlar. 

Məsələ bundadır ki, Azərbaycanda kişilərlə bərabər qadınların da yüksək hüquqları var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir. Azərbaycanda qadınların ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,2 faiz təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır. Elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların  42,6 faizi qadınlardır. Həmçinin, 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində 22 qadın deputat mandatı qazanıb.

USAİD - ABŞ-ın Azərbaycanda həyata keçirdiyi deqradasiya, mənəvi terror siyasətinin əsas iqtisadi platformasıdır. USAİD-in ölkəmizdə təbliğ etdiyi "dəyər”lər xalqımızın milli-mental xüsusiyyətlərinə, ənənəvi və möhkəm sosial dayaqlarımıza tamamilə ziddir. Azərbaycanda eynicinslilərin nihaka daxil olması, cinsi azlıqlara əlahiddə hüquqların tanınması qəti şəkildə yolverilməzdir. Ölkəmiz üçün qondarma problemlər icad edən ABŞ-ın xalqımızın mil-mənəvi dəyərlərinin, ailə instututlarının dağıdılmasına yönəlmiş fəaliyyətinin qarşısı qətiyyətlə alınmalıdır. Əks halda, bu günə qədər əldə etdiyimiz tarixi naliyyətlərin də heç bir faydası olmayacaq.

Azərbaycanın 44 günlük Vətən Müharibəsi zamanı tarixi torpaqlarını işğaldan azad etməsi, regionda və qlobal aləmdə real nüfuz qazanması bir çox stereotipləri qırmış oldu. Qarabağın bərpası prosesinin sürətli şəkildə aparılması, regionda daha real və praktiki güc mərkəzlərinin yaranması bir çox hallarda ABŞ-ın da maraqlarına cavab vermir. Ona görə də, ölkənin inkişaf prosesini çoxşaxəli relsə daşımaq vacib amildir. Təkcə maddi deyil, mənəvi sərvətlərin qorunması öz plana çəkilməlidir.

Müəllif: Samir Feyruzov  


Oxunma sayı: 17502

Oxşar yazılar