Akademik Musiqili Teatrı Gürcüstan teatrı ilə memorondum imzaladı

  • 15:50 - 23 Sentyabr

Bu günlərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına  Dövlət Peşəkar Dram Teatrı arasında yaradıcılıq memorandumu imzalanıb.

Avropa.info xəbər verir ki, memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar  Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev memorandumunq arşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son ikiildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrınkollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb.

“Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq”, - deyə teatrın direktoru Əliqismət Lalayev bildirib.


Oxunma sayı: 1629

Oxşar yazılar