Kaskadyor tryuk eləmək istədi, ayaqlarını itirdi - VİDEO

  • 17:41 - 23 Sentyabr

Rusiyanın Rostov şəhərindən olan kaskadyorun yeni tryuku kədərli nəticələrlə bitib. Belə ki, yeni fəndindən sonra onurğası qırılıb.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı Yevgeniy Çebotarev özünün "Instagram" səhifəsində avtomobili ilə çayın üzərindən tullanmasının görüntülərini paylaşıb.

Tryuk nəticəsində onun onurğa sütununun doqquzuncu fəqərəsi  qırılıb. Onun ayaqları həssaslığını itirib.

Bu səbəbdən o, karyerasına son qoymaq məcburiyyətindədir.

Qarşıda onu uzunmüddətli bərpa kursu gözləyir.


Oxunma sayı: 2795

Oxşar yazılar