Ermənilərin "bayraq" adlandırdıqları əski parçası Amaras monastırının üzərindən götürüldü - Azərbaycan Bayrağı ASILDI (İDDİA)

  • 14:10 - 23 Sentyabr

Azərbaycanın Xocavənd rayonu Sos kəndində yerləşən Amaras monastırının üzərində Azərbaycan bayrağı qaldırılıb.

Avropa.info xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Xankəndindəki separatçıların “deputatı” Metakse Akopyan deyir.

İddialara görə, Cütçü kəndi istiqamətində irəliləyən Azərbaycan əsgərləri rus sülhməramlıları ilə danışıqlar aparıblar. Azərbaycan əsgərləri Amaras monastrı üzərindən separatçıların qondarma, "bayraq" adlandırdıqları murdar əsgi parçasının götürülməsini tələb ediblər.

Amaras məbədi - XOCAVƏND RAYON Icra Hakimiyyəti

Tələb üzərinə əski parçası monastırın üzərindən götürülüb. Akopyan monastırda Azərbaycan bayrağının asıldığını deyir, lakin digər erməni mənbələr hazırda monastırda heç bir bayrağın olmadığını yazırlar.

Avropa.info


Oxunma sayı: 8548

Oxşar yazılar