SON DƏQİQƏ: Türk Ordusu "Barış Pınarı" bölgəsinə sızmağa çalışan 11 PKK/YPG terrorçusunu MƏHV ETDİ
- 12:58 - 23 Sentyabr
Türkiyə Ordusu Suriyanın şimalında "Barış Pınarı" bölgəsinə sızmağa çalışan 11 PKK-YPG terrorçusunu məhv edib.
Avropa.info xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"İzn verməyəcəyik! Terror təşkilatı PKK/YPG -nin "Barış Pınarı" bölgəsindəki təhlükəsizlik və sülhmühitini pozmaq üçün sızma cəhdinin qarşısı Qəhrəman Komandolarımız tərəfindən alındı. Uğurlu bir əməliyyatla 11 PKK/YPG terrorçusu məhv edildi", - deyə Nazirliyin açıqlamasında qeyd olunur.