İran yenə Ermənistana yardıma qaçdı : Zəngəzurdakı yanğını İran söndürür - VİDEO

  • 11:59 - 23 Sentyabr

Ermənistanın Zəngəzur vilayətinin Mehri rayonunda yerləşən "Arevik" Milli Parkının ərazisindəki meşə yanğınlarının söndürülməsində ermənilərə İran da yardım edir.

Avropa.info bildirir ki, iranlı yanğınsöndürənlər hazırda "Arevik"də yanğınla mübarizə aparırlar.

Meşə yanğınları nəticəsində 100 hektarlıq ərazidə bitki örtüyü yanıb.

Sentyabrın 22-də yanğının söndürülməsinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin 125 əməkdaşı, 70 hərbçi, "Zəngəzur" biosfer kompleksinin 12 əməkdaşı, Mesamor atom-elektrik stansiyasının 12 işçisi və Razdan İstilik-Elektrik Stansiyasının 11 əməkdaşı cəlb olunublar.


Oxunma sayı: 6546

Oxşar yazılar