Bakıda dəhşətli qətl: Taksi sürücüsü iki qardaşı bıçaqladı - VİDEO

  • 12:19 - 23 Sentyabr

Bakıda taksi sürücüsü ofisiantı qətlə yetirib, onun qardaşını isə bıçaqlayıb.

Belə ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi, 28 May küçəsində qeydə alınmış hadisə zamanı taksi sürücüsü 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlunu və onun qardaşı, 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlunu bıçaqlayıb.

Qardaşlar ara küçədən əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıb. Lakin K.Cəfərov qanaxmadan yolda dünyasını dəyişib. S.Cəfərov isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, hər iki qardaş Lökbatanda iaşə obyektində ofisiant işləyib.


Oxunma sayı: 4071

Oxşar yazılar