Daha bir ölkədə COVID qadağalarına qarşı ETİRAZLAR

  • 11:36 - 23 Sentyabr

Avstraliyanın Viktoriya vilayətində yüzlərlə şəxs yeni növ koronavirus (COVID-19) əleyhinə peyvənd vurulma məcburiyyətinə qarşı etiraz aksiyası keçirib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, etiraz aksiyaları zamanı nümayişçilərlə polislər arasında qarşıdurma yaşanıb.

Qarşıdurmada 200-dən çox etirazçı saxlanılıb. Aksiyalarda iştirak edən 300-dən çox vətəndaşın cərimələndiyi qeyd olunur.

Məcburi COVID peyvəndinə qarşı çıxanların etirazlarını sabah da davam etdirəcəyi gözlənilir.


Oxunma sayı: 2102

Oxşar yazılar