BMT: "Taliban"ın qurumdakı nümayəndəliyi məsələsinə noyabrda baxıla bilər"

  • 01:38 - 23 Sentyabr

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının BMT-dəki təmsilçiliyinin reallaşması məsələsi noyabr ayından tez olmayacaq.

"Report"un xəbərinə görə, bu barədə "İnterfaks"a BMT-dəki mənbə bildirib.

"Bu məsələdə tələsmək lazım deyil. Məsələ noyabr ayında müvafiq komitədə müzakirəyə çıxarılacaq", - mənbə bildirib.

Qeyd edək ki, ötən gün "Taliban" Əfqanıstan təmsilçisi kimi BMT Baş Assambleyasında çıxış üçün müraciət edib.


Oxunma sayı: 2927

Oxşar yazılar