Kürdəmir sakinindən "patı" və heroin aşkarlanıb

  • 20:15 - 22 Sentyabr

Kürdəmir sakinindən "patı" və heroin aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayonun Sığırlı kənd sakini Famil Süleymanov saxlanılıb.

  •  

Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan narkotik maddə olan metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.


Oxunma sayı: 2927

Oxşar yazılar