ABŞ-dan FETÖ-yə 126 milyon avro dəyərində ZƏRBƏ: Terror təşkilatının əsassız iddiaları rədd edildi

  • 10:32 - 22 Sentyabr

Fətullahçı Terror Təşkilatına (FETÖ) daha bir zərbə Beynəlxalq İnvestisiya Mübahisələrinin Həll Mərkəzindən (ICSID) tərəfindən gəlib. 

Avropa.info xəbər verir ki, FETÖ/PDY araşdırmaları çərçivəsində bağlanılan "Zaman" qəzeti başda olmaqla mətbəələrinin və daşınmaz əmlakının sahibi Cihan Medya Dağıtım A.Ş. səhmlərinin 99,94 faizinə sahib olduğunu iddia edən "Cascade Investments NV" (Cascade) şirkətinin arbitraj ərizəsinin araşdırılmasına yekun vurulub. 

Uzun illərdir FETÖ/PDY terror təşkilatının maliyyələşdirilməsində əhəmiyyətli rol oynayan Belçika Türk İş Adamları Dərnəyinin (BETİAD) üzvü Kenan Sezer, Mustafa Ünal, İskender Kapaklıkaya, Hüseyn Şahin, Ahmet Tanrıqulu, Ali AKtan, Musa Soydemir kimi şəxslərin Belçikada qurduğu və daha sonra Orxan Əizioğlunun da ortaq olduğu ofşor şirkətin ICSID (Beynəlxalq İnvestisiya Mübahisələri Həll Mərkəzi) nəzdindəki prosesdə Türkiyə Cümhuriyyətinin haqlı olduğu təsbit edilib.

TMSF -nin İnzibati İşlər rəhbərliyi, Hüquq və Qanunvericilik Ümumi Müdirliyinin koordinasiyası altında təyin edildiyi arbitraj prosesində Arbitraj Komitəsinin 20.09.2021 tarixli qərarı ilə məhkəmə sona çatıb, FETÖ/PDY üzvlərinin irəli sürdükləri əsassız iddialar qəbul edilməyib və işin yurisdiksiyasının olmaması qərarı verilib. 

Beləliklə, FETÖ -nin beynəlxalq aləmdə sistematik şəkildə səsləndirdiyi iddialar və təzminat tələb edən arbitraj işlərinin əsassız və qanunsuz olduğu sübuta yetirilib. 

Sözügedən prosesdə yerli və xarici hüquq bürolarının dəstəyi ilə FETÖ/PDY üzvlərinin 126 milyon avro təzminat tələbi rədd edilib və məhkəmə xərclərinin böyük hissəsinin qarşı tərəf tərəfindən ödənilməsinə qərar verilib.


Oxunma sayı: 2894

Oxşar yazılar