Türkiyə ordusundan PKK-ya ağır zərbə

  • 22:04 - 21 Sentyabr

Türkiyədə həyata keçirilən “Eren” əməliyyatları ilə PKK/KCK terror təşkilatına ağır zərbə vurulub. 

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Əməliyyat Türkiyə Jandarma Komandosu, Jandarma Xüsusi Əməliyyatı, Polis Xüsusi Əməliyyatı və mühafizəçilərlə birlikdə aparılıb. 

Qeyd edilir ki, ölkədə terrorçuların sayının gündən günə azalması ilə yanaşı, təşkilatın sığınacaqları və mağaraları da məhv edilib. 

Bu çərçivədə 2020-ci ilin yanvar-sentyabr aylarında 649 sığınacaq, mağara və yeraltı anbar, 2021-ci ilin eyni dövründə isə 51 faiz artımla 979 sığınacaq, mağara və yeraltı anbar müəyyən olunub və hamısı məhv edilib. 

 


Oxunma sayı: 2575

Oxşar yazılar