Rusiyadan bu məhsulların gətirilməsinə məhdudiyyət qoyuldu

  • 17:51 - 21 Sentyabr

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiyanın Primorski diyarının Şkotovski rayonunda Nyukasl xəstəliyi qeydə alınıb.

Bu barədə Avropa.info-ya Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.

Məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Primorski diyarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Primorski diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.


Oxunma sayı: 3246

Oxşar yazılar