Ersin Tatar Nyu-Yorkda Türk Evinin açılışına qatıldı - FOTO

  • 15:23 - 21 Sentyabr

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (QKTC) Prezidenti Ersin Tatar Nyu-Yorkda görüşləri çərçivəsində Türk Evinin açılış mərasiminə qatılıb.

Avropa.info xəbər verir ki, bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Prezident Adminstrasiyası açıqlama yayıb.

Ersin Tatarın Türk Evinin açılışı ilə bağlı yayımladığı mesajda, "Həyəcanla gözlənilən Nyu-York Türk Evinin açılışının Ana Vətən Türkiyə üçün xeyirli olmasını diləyirəm və bu möhtəşəm binada Quzey Kıbrıs Türk Cümhuriyyətinə bir nümayəndəlik açmaq imkanı verildiyi üçün səmimi təşəkkürümü bildirirəm",deyib. 

Prezident Ersin Tatar Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) binası ilə üzbəüz yerləşən və dünən təntənəli mərasimlə açılan 35 mərtəbəli Türk Evində QKTC nümayəndəliyinin olmasından məmnun olduğunu bildirib.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT Baş katibi Antonio Guterresin və bir çox xarici qonağın qatıldığı açılış mərasimi haqqında danışan Ersin Tatar, "Bu sevincli anı paylaşmaqdan xoşbəxtəm", deyib.

Ersin Tatar, "Dünya diplomatiyasının ürəyinin döyündüyü Nyu-Yorkun ən seçilmiş bölgələrindən birində yerləşən Türk Evinin açılışına qatılmaqdan çox məmnun oldum", deyə bildirib. Ersin Tatar bu münasibətlə Türkiyə Prezidenti Ərdoğana, Türkiyə rəhbərliyinə və Türk vətəndaşlarına minnətdarlığını bildiririb. 

 

 


Oxunma sayı: 2410

Oxşar yazılar