Bakıda evdən 20 min manatlıq oğurluq edildi

  • 15:31 - 21 Sentyabr

Bakıda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Avropa.info-ya verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşları daxil olan məlumat əsasında birgə əməliyyat keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da rayon ərazisindəki evlərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əzimov saxlanılıb.


Oxunma sayı: 7679

Oxşar yazılar