Türkiyə Qafqaz, Orta Asiya və Əfqanıstanda real gücə çevirildi... - ABŞ-dan SENSASİON ETİRAF

  • 13:52 - 21 Sentyabr

Amerikalı politoloq Luke Coffey Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda təsirinin artdığını deyib.

Avropa.info xəbər verir ki, "Douglas və Sarah Allison" Xarici Siyasət Mərkəzinin direktoru Luke Coffey, son 5-6 ildə Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda gücünün artdığını, münasibətlərdə mövcud problemlərə baxmayaraq, Ankaranın bölgədə güclənməsinin NATO-nun da xeyrinə olduğunu bildirib.
 

"Biz son beş -altı ildə bir şey öyrəndik. Bu Türkiyənin təsirinin Orta Asiya, Qafqaz və Əfqanıstanda artmasıdır. Türkiyə bu bölgədə daha güclü bir aktyora çevrildi. Bunun hər kəsə böyük faydası var. Türkiyə "Taliban"la koordinasiya edə bilər, çünki bütün tərəflər Ankaranı Əfqanıstanda tərəfsizvasitəçi kimi görürlər. Türkiyə və Türk bayrağının bitərəfliyi simvollaşdırdığını düşünürəm. Türkiyə bölgədə bir vasitəçi olaraq görülür və bu həm ABŞ -a, həm də Əfqanıstan xalqına fayda verə bilər", -deyə amerikalı politoloq qeyd edib.


Oxunma sayı: 3664

Oxşar yazılar