Zərdabda abadlıq-quruculuq işləri davam etdirilir - FOTO

  • 13:07 - 21 Sentyabr

Zərdab şəhəri ərazisində abadlıq və tikinti-quruculuq işləri davam etdirilir. 

Avropa.info xəbər verir ki, şəhərin Əfqan Ədilov küçəsində asfaltlanma işlərinə başlanılıb. 

Qeyd edək ki, 3900 kv.metr sahəyə asfalt örtüyü vurulması nəzərdə tutulub. Hazırda birinci qat asfalt örtüyü vurulur. İşlər tikinti norma-qaydalarına uyğun, keyfiyyətlə aparılır və Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. 

İcra Hakimiyyətinin başçısı ərazidə olub və görülən işlərlə tanış olub. Mərhələli şəkildə və növbəlilik əsasında şəhərin digər ərazilərində də tikinti-quruculuq işlərinin həyata keçirilməsi nəzərdə tutulub.


Oxunma sayı: 3422

Oxşar yazılar