Prezident İlham Əliyev Permdə silahlı insidentlə bağlı Rusiya dövlət başçısına başsağlığı verib

  • 18:11 - 20 Sentyabr

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. 

Prezidentin Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, Prezident İlham Əliyev Perm şəhərində baş vermiş hadisə nəticəsində həlak olanlarla bağlı Vladimir Putinə başsağlığı verib. 

Rusiya Prezidenti başsağlığına görə təşəkkürünü bildirib. 

 


Oxunma sayı: 4225

Oxşar yazılar