"Cənub Qaz Dəhlizi" və qaz-nəqliyyat sistemləri rəqib deyil - Nazir

  • 21:30 - 20 Sentyabr

"Cənub Qaz Dəhlizi" və qaz-nəqliyyat sistemləri rəqib deyil, əksinə, bir-birini tamamlayır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində deyib.

Nazir xatırladıb ki, "Cənub Qaz Dəhlizi" dünyada ən iri infrastruktur layihələrindəndir və 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı bu marşrutla Avropaya nəql olunmağa başlayıb: "İmzalanmış müqavilələrə əsasən, 25 il ərzində 10 milyard kubmetr təbii qaz Avropa bazarına tədarük olunacaq. Bu layihə tədarük mənbələrinin və marşrutlarının şaxələndirilməsi baxımından regionun enerji təhlükəsizliyinə öz töhfəsini verəcək".


Oxunma sayı: 4291

Oxşar yazılar