SON DƏQİQƏ : Azərbaycan ərazisinə keçən iki erməni geri qaytarıldı - İrəvan açıqlama yaydı

  • 02:01 - 20 Sentyabr

Dünən Gorus-Qafan yolundan kənara çıxaraq Azərbaycan ərazisinə keçən iki Ermənistan vətəndaşı geri qaytarılıb. 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, bu haqda Ermənistan milli təhlükəsizlik xidməti  dünən saat 23: 45 -də məlumat yayıb. 

Məlumatda bildirilir ki, Azərbaycan tərəfi Azərbaycan ərazisinə keçən iki nəfəri  geri qaytarıb.

Ermənistan milli təhlükəsizlik xidməti qeyd edib ki, bu, onların və Rusiya FTX sərhədçilərinin həyata keçirdikləri tədbirlər nəticəsində əldə edilib.

Qeyd edək ki, daha əvvəl Ermənistan milli təhlükəsizlik xidməti, Ermənistanın Kotayk bölgəsindəki Kasax kəndinin iki sakininin Goris-Qafan yolu ilə hərəkət edərkən yoldan çıxdıqları və Azərbayca ərazisinə keçdikləri barədə mesajı yaymışdı.


Oxunma sayı: 9010

Oxşar yazılar