Qarabağdakı separatçılara yardım daşımaqdan məhrum olan İran HƏDDİNİ AŞDI : Xamneyinin nümayəndəsi öz aləmində Azərbaycan, Türkiyə və Pakistanı TƏHDİD EDİR

  • 17:13 - 19 Sentyabr

Azərbaycanın öz sərhədlərində - Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması, əbədi və əzəli qardaşları Türkiyə və Pakistanla birgə həri təlimlər keçirməsi İranın kürkünə birə salıb.

Avropa.info xəbər verir ki, İran yük maşınlarının Qarabağdakı erməni separatçılarına yardım daşımasının qarşısının Azərbaycan tərəfindən alınmasına və rəsmi Bakının bölgənin əsas gücləri Türkiyə, eyni zamanda Pakistanla birgə təlimlər keçirməsinə "cavab vermək" istəyən Tehran,  Arazın o tayında hərbi təlim keçirməyə başlayıb.

Təlimlər Horadizlə paraleldə yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək. Horadizdən Mehri rayonuna qədər ərazilərimizin işğaldan azad olunduğunu və təlimlərin də məhz bu ərazidə keçirildiyini nəzərə alsaq, Tehranın bu addımını Azərbaycana təhdid xarakteri daşıdığını söyləmək mümkündür. Üstəlik İran XİN-in rəsmisi bundan öncə Azərbaycanla Türkiyənin Xəzərdə təlim keçirməsinə hədsiz bir şəkildə etiraz etmişdi.

Bu arada, Azərbaycanın Türkiyə və Pakistanla müttəfiqliyindən və rəsmi Bakının Gorus-Qafan yoluna nəzarət etməsindən narahat olan İranın ali dini sistemi də boş dayanmayıb. İran dini lideri Əli Xamneyinin  nümayəndəsi, Ərdəbil imam cüməsi, əslən Azərbaycan türkü olan Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana qarş kin və nifrətini töküb. Amili öz aləmində Azərbaycanı təhdid edərək, “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. 

Bu yerdə belə bir sual ortaya çıxır. Amilinin iddia etdiyin "şir"in əsas "quyruq"larından biri olan general Qasım Süleymanini ABŞ İraqda, İranın qulağının dibində  bir dron zərbəsi ilə öldürdü. Niyə bəs onda İran ABŞ-a qarşı "şir" ola bilmədi?

Amili xütbəsində Azərbaycana dəstək verən, təbii müttəfiq və qardaşı Türkiyə ilə Pakistanı da hədələməyi unutmayıb.

Qeyd edək ki, Seyid Həsən Amili, İran dini lideri Əli Xamneyinin nümayəndəsidir və cümədə verdiyi xütbə məhz Xamneyinin sözləri sayılır. 

Xamneyinin sözçüsünün həddini bilməyən bu açıqlamalarına  Azərbaycan verəcəyi cavab sadəcə budur. Amilinin iddia etdiyi "şir"in ölkəmizdəki bütün quyruqlarını kəsmək.

Avropa.info


Oxunma sayı: 10473

Oxşar yazılar