İki Ermənistan vətəndaşı Azərbaycan ərazisinə keçdi - Gorus-Qafan yolunda

  • 13:40 - 19 Sentyabr

Ermənistanın Kotayk rayonunun Kasax kəndinin iki sakini Azərbaycan ərazisinə keçib. 

Avropa.info erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

"Belə ki, sentyabrın 18-də saat 21:00 radələrində Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Ermənistanın Kotayk rayonunun Kasax kəndinin iki sakininin  Gorus-Qafan magistral yolundan kənara çıxaraq Azərbaycanın nəzarətində olan əraziyə keçmələri barədə məlumat daxil olub.”, - deyə təhlükəsizlik xidmətinin məlumatında bildirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FTX əməkdaşları onların aşkarlanması üçün müvafiq işlər görür. Qeyd olunur ki, insident ilə bağlı əlavə məlumat veriləcək.


Oxunma sayı: 5391

Oxşar yazılar