Qaradağ rayonunda gənc oğlan bıçaqlanıb

  • 10:50 - 19 Sentyabr

Bakıda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. 

Belə ki, 1995-ci il təvəllüdlü Xankişiyev Ağaxan Rövşən oğlu “Qobu Park” adlanan yaşayış kompleksinin ərazisində mübahisə zəminində bıçaqlanıb. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. 

A.Xankişiyev əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. 

Hadisənin təfərrüatı araşdırılır.


Oxunma sayı: 6128

Oxşar yazılar