Uşaqları öldürüb qanlarından krem hazırlayan, “Barselona vampiri” kimi bilinən qatil haqqında QORXUNC FAKTLAR

  • 20:45 - 18 Sentyabr

Barselonanın vampiri olaraq da bilinən Enriqueta Marti, həyatı boyunca qorxunc cinayətlər törədib. Uşaq istismarı, fahişəxana idarəçiliyi və insan bədənindən hazırladığı iksirlər... O, həbsxana dostları tərəfindən döyülərək öldürülüb.

Dünyanın ən məşhur qadın qatillərindən olan Enriqueta Marti haqqında maraqlı faktları təqdim edirik.

Enriqueta Marti 1868 -ci ildə İspaniyanın Kataloniya bölgəsindəki Barselona əyalətinin sənaye şəhəri sayılan Sant Feliu de Llobregatda anadan olub.

Marti daha sonra məmləkətindən Barselonaya köçüb, burada qulluqçu və dayə işləyib. Ancaq sonra fahişəxanada işləməyə başlayıb. 1895 -ci ildə Juan Pujalo adlı bir rəssamla evlənib, lakin evliliyi uğursuz olub. Pujaloya görə, Martinin digər kişilərlə münasibətləri, qeyri -sabit xarakteri və tanımadığı evlərə davamlı ziyarətləri onların ayrılmasına səbəb oldu. Cütlük 6 dəfə barışsa da, nəticədə tamamilə boşanıb və ayrılıblar.

marti 1.jpg (70 KB)

1909 -cu ildə Marti öz fahişəxanasını açıb və Barselonanın varlıları ilə yaxşı münasibət qurub. Bəzilərinin fövqəladə istəkləri vardı, Marti yüksək ödənişlərlə bu istəkləri təmin edirdi.

Marti kiçik uşaqları qaçırır və fahişəxanada işləməyə məcbur edirdi.

marti 2.jpg (95 KB)

Uşaqları fahişəliyə məcbur edərkən qorxunc metodla iksir və kremlər hazırlayıb. O, uşaqların qanını içməyin vərəmi müalicə edə biləcəyini iddia edib. Marti xüsusən də vərəmi müalicə etmək üçün varlılara məlhəm və iksir təklif edirdi. Zənginlər o vaxt çox qorxulan bu xəstəlik üçün böyük məbləğlər ödəyiblər.

Dərmanlarını hazırlamaq üçün istifadə etdiyi materiallar öldürdüyü 5-15 yaşlı uşaqların qalıqlarından ibarət idi. Bu cəsədlərin yağ, qan, saç və sümüklərindən istifadə edirdi.

marti 3.jpg (172 KB)

1909 -cu ildə Marti varlı bir adamla birlikdə uşaqları fahişəliyə məcbur etdiyi və Barselonadakı mənzilində fahişəxana açdığı üçün həbs edildi, lakin Barselonanın yüksək cəmiyyəti ilə yaxşı münasibətləri sayəsində heç vaxt mühakimə olunmadı.

Növbəti üç il ərzində daha çox uşaq itkin düşdü, lakin bu uşaqlar yoxsul ailələrdən olduqları üçün polis uşaqların yoxa çıxması ilə faktların çoxunu araşdırmadı.

Marti 10 fevral 1912 -ci ildə son qurbanı Teresita Guitart Congostu qaçırdı. Onu iki həftə axtardılar. Əhali artıq hökumətdən uşaqların tapılmasını ciddi cəhdlə tələb edirdi.

marti 4.jpg (149 KB)

Marti bu dəfə qaça bilmədi. Polis Martinin mənzilinə baxış keçirərək iki qız uşağı tapdı. Biri Teresita Guitard Congost, digəri Angelita adlı kiçik bir qız idi. Congost ailəsinə təhvil verildikdən sonra uşaqdan Martinin onunla necə rəftar etdiyini və zorla mənzilə aparmasını öyrəndilər. Məlum oldu ki, Marti Congostun saçlarını kəsib və adını Felicidad olaraq dəyişdirib. Uşağa artıq valideynlərinin olmadığını və bundan sonra ona "ana" deyəcəyini söyləyib. Mənzildə pəncərələrə, eyvanlara və bir neçə otağa getməyi qadağan edib.

 

Digər azyaşlı qız Angelitanın ifadəsi isə daha qorxulu idi: “Congost mənzilə gəlməmişdən əvvəl Pepito adlı kiçik bir oğlan vardı. Martinin Pepitonu mətbəx masasında öldürdüyünü izlədim”.

Ep 23 - Enriqueta Martí "La Vampira de Barcelona"

Marti Angelitanın boşandığı əri Juan Pujalo ilə qızı olduğunu iddia edib. Lakin Juan hakim qarşısında bu iddiaları rədd edib. Nəhayət Marti tutulub və “Reina Amalia” həbsxanasına salınıb.

Polis Martinin evində çoxlu maraqlı kitablar, iksirlər, qanlı paltarlar, cəsəd qalıqları tapıb. Marti həbsxanada intihara cəhd edib, amma bu cəhdi uğursuz olub. Həbsxana dostları tərəfindən tutulduqdan bir il üç ay sonra öldürülüb. Dostları onu 12 may 1913 -cü ildə həbsxana həyətində linç edərək öldürüblər.


Musavat.com


Oxunma sayı: 3180

Oxşar yazılar