Ermənistan hərbi elitası tamamilə Rusiyanın agentura şəbəkəsinin üzvlərindən ibarətdir... - İrəvanda "beşinci kolon" QALMAQALI

  • 15:14 - 18 Sentyabr

Ermənistanda yenidən "beşinci kolon" qalmqalı yaşanır.

Avropa.info xəbər verir ki, erməni jurnalist Tevos Arşakyan qələmə aldığı bir məqaləsində Ermənistan ordusunun bütün elitasının Rusiyanın agentura şəbəkəsinə daxil olduğunu bildirib. 

"Moskvanın istər SSRİ dövründə, istərsə də SSRİ-nin süqutundan sonra erməni jurnalistləri, ziyalıları, siyasətçiləri və ekspertləri içərisindən "beşinci kolon" düzəltdiyi hər kəsə bəllidir. Ancaq Rusiya bu işdən ən çox diqqətini erməni zabitlərinə verdi. Və bu gün tam məsuliyyətlə deyə bilərik ki, Ermənistan silahlı qüvvələrində Moskvanın təsir dairəsində olan geniş agentura şəbəkəsi fəaliyyət göstərir. Üstəlik, bu Ermənistan ordusunun demək olar ki, bütün elitasını əhatə edir.

Erməni ordusundakı bütün yüksək rütbəli zabitlərin karyeralarında bu detal açıq şəkildə görünür. Hamısı Rusiya Silahlı Qüvvələrinin Birləşdirilmiş Silahlar Akademiyasını və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitiriblər. 

Ermənistanın müdafiə naziri Arşak Karapetyan, həm də silahlı qüvvələrin baş qərərgah rəisi Artak Davtyan SSRİ -nin dağılmasından uzun illər sonra Rusiya hərbi akademiyalarını bitiriblər. Vəziyyət kədərlidir, Ermənistan silahlı qüvvələri Rusiyanın "beşinci kolonu"dur. Axı hamı rus kəşfiyyatının Rusiyada hərbi təhsil alan kadrlarla necə "yaxından" işlədiyini bilir. Sadə dillə desək, işə götürülürlər. Buna görə də, Rusiya tərəfi onları karyera pillələrində aktiv şəkildə irəli çəkir. 

Əlbəttə ki, ruslar  Kremlin istədiyini həyata keçirməyə hazır olan prinsipsiz insanları işə cəlb edirlər. Bəs Kremlin bu taktikasından Ermənistan hakimiyyətinin xəbəri yoxdurmu? Əlbəttə var. Ancaq yenə də hərbçiləri Rusiyadakı hərbi akademiyalarda oxumağa göndərirlər, burada Kremlin kuklalarına çevrilirlər, Ermənistanda Rusiya siyasətinin dirijorları olurlar. Paşinyanın ətrafı nəinki daxili hərbi təhsilin inkişafı haqqında düşünmür, həm də çoxdan köhnəlmiş Rusiya hərbi düşüncəsini Ermənistan ordusuna təqdim etməyə və Rusiyanın "beşinci kolon" un sayını artırmağa davam edir",- deyə Arşakyanın qələmə aldığı yazıda qeyd olunur.

Avropa.info


Oxunma sayı: 2399

Oxşar yazılar