Azərbaycanlı "qanuni oğru" Lotu Qulinin məzarı başında QƏTL - SENSASİON DETALLAR AÇIQLANDI

  • 11:47 - 18 Sentyabr

İstanbulun Esenyurt rayonunda azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) məzarı başında Əli Həşimovun öldürülməsi ilə bağlı istintaq başa çatıb.

Avropa.info xəbər verir ki, iddianamədə "Qəsdən adam öldürmə" və "qanunsuz odlu silah və sursat satınalma və daşımaq" ittihamları ilə Kənan İmanzadəyə ömürlük həbs cəzası istənilib. İmanzadə ifadəsində Əli Həşimovun ölümünün təfərrüatını açıqlayıb. 

Hadisə Bakırköy Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə açıqlanıb. 20 avqust 2020-ci ildə Antalyada öldürülən azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun məzarını ziyarət etməyə gələn Kənan İmanzadə ilə Əli Həşimov arasında mübahisə olduğu bildirilib.

Lotu Quli”nin məzarının görüntüləri yayıldı - FOTO » Asiya.az Informasiya  Agentliyi

Prokurorluğa verdiyi ifadəsində Kənan İmanzadə Rusiyadan zəng edən bir dostunun Əlinin onu öldürmək üçün göndərildiyini söylədikdən sonra mübahisə etdiklərini deyib. Şübhəli Kənan İmanzadə "Bu mövzuda danışmaq üçün mənəvi qardaşı olaraq gördüyü Nadir Səlifovun məzarına getdik. Əli ilə mübahisə etdik. Onu yerə yıxdım. Sonra onu qaldırıb qucaqladım. Silahı Əlinə verdim və rahatlaşmaq üçün havaya atəş etməsini söylədim. Ancaq Əli silahı öz başına dayadı. Silahı əlindən almaq istəyəndə güllə açıldı və mən qolumdan yaralandım. Xəstəxanaya gedəndə Əlinin öldüyünü eşitdim". 

Polis Əli Həşimovun əl izlərində güllə qalıqlarının tapıldığını, ancaq şübhəlilərdə olmadığını bildirib. 

İddianamədə qətlə yetirilən şəxsin başından vurularaq öldürüldüyü sübuta yetirildiyi üçün Kənan İmanzadəyə "qəsdən adam öldürmə" və "qanunsuz odlu silah və sursat satınalma və daşımaq" ittihamları ilə ömürlük həbs cəzası istənilib. 

Avropa.info


Oxunma sayı: 5798

Oxşar yazılar