"Pivə şüşələrini masadan özümüz götürdük, bu məsələnin müzakirəsi təəssüf doğurur" – "Qarabağ"dan açıqlama

  • 00:52 - 18 Sentyabr

“Qarabağ” klubu UEFA Konfrans Liqasında “Bazel”lə matçdan (0:0) əvvəl və sonra keçirilən mətbuat konfransları sponsor şirkət “Heineken”in pivə butulkaları masanən üzərində götürdüb. Bundan başqa,  “Bwin” mərc şirkətinin reklam lövhələrini çıxartdırıb. 

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu məsələlər ilə əlaqədar Qol.az saytına açıqlama verib. O, UEFA-nın sözügedən şirkətin adının tablolardan çıxarılmasına, eləcə də pivə butulkalarının masadan qaldırılmasına etiraz etmədiyini bildirib: 

“Sponsorların adlarının tabloda olması UEFA-nın tələbidir. Amma UEFA həm insanların dini inanclarına, həm də hər bir ölkənin qayda-qanunlarına hörmətlə yanaşmağı da tövsiyə edir. Bilirik ki, Azərbaycanda başqa ölkələrin mərc şirkətlərinin reklamı qadağandır. Bakıda UEFA-nın nümayəndəsi var. Oyunlar zamanı bizimlə birgə işləyir. Bu baxımdan ona müraciət etdik, UEFA da müsbət cavablandırdı. Hətta həmin şirkətin adı təkcə mətbuat konfransı otağındakı tablodan yox, stadionun perimetri boyunca olan reklam lövhələrindən, arenanın böyük monitorlarında yayımlanacaq reklamların siyahısından da çıxarılmışdı".

O ki qaldı ötən gün mətbuat konfransında pivə şüşələrinin masadan qaldırılmasına, G.Abbaszadə deyib ki, bu, klubun təşəbbüsü olub: "Özümüz onları götürdük. UEFA buna da heç bir etiraz etmədi. Heç etiraz ola da bilməz. Bayaq vurğuladığım kimi, UEFA insanların dini inanclarına hörmətlə yanaşır. Qurumun devizlərindən biri də “Respect”dir (hörmət). Sadəcə olaraq bizi təccübləndirən insanların buna reaksiyasıdır. Necə olur ki, Frank Riberi “Bavariya” ilə çempion olanda qələbəni pivə ilə qeyd etmək istəməyəndə həmin insanların böyük əksəriyyəti onun üçün “halal olsun” və s. kimi ifadələr səsləndirirdilər? Necə olur ki, Ronaldo kola şüşəsini masadan qaldırır, buna müsbət yanaşılır? Pol Poqbanın və digər müsəlman dininə hörmət edən idmançıların buna bənzər hərəkətləri müsbət qəbul olunur? Azərbaycanda bu məsələnin müzakirə olunması isə təəssüf doğurur”.


Oxunma sayı: 4533

Oxşar yazılar