Azərbaycan Gorus-Qafan yolunda Ermənistan ordusuna aid hərbi avtomobili YOXLADI - Rus və erməni sərhədçiləri prosesi sakitcə SEYR ETDİLƏR

  • 16:01 - 17 Sentyabr

Azərbaycan poilisi və gömrükçüləri Gorus-Qafan yolundakı postdan keçən Ermənistan ordusuna aid hərbi avtomobili saxlayaraq yoxlayıb. 

Avropa.info xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Gorus bələdiyyəsinin sədri Karen Köçəryan deyib. 

Köçəryan postda olan Azərbaycan polisi və gömrükçülərinin hər hansısa rüsum tələb etmədiklərini bildirib.

"Hər hansısa rüsum tələb etmədilər, amma ciddi şəkildə yoxladılar. Sürücü postu müşayiət olunmadan geçməkdən imtina etdiyi üçün avtomobili erməni və rus sərhədçiləri müşayiət etmişdi. Yoxlama erməni və rus sərhədçilərin gözləri önündə baş verdi. Heç kim müdaxilə etmədi", - deyə Köçəryan qeyd edib.

Gorus bələdiyyə sədrinin müavini, İran yük maşınlarının yenidən yolda yığıldığını bildirib.

Xatırladaq ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının və Ermənistanın kapitulyasiyasının ardınca Azərbaycan o cümlədən Qubadlı istiqamətində sovet dövrü sərhədlərini bərpa edib və orada möhkəmlənib. 

Nəticədə hələ sovet dövründə çəkilmiş Gorus-Qafan yolunun təxminən 21 kilometrlik hissəsi (Şahverdilər-Çayzəmin və Şurnux-Dərbənd kəndləri arasından keçən) Azərbaycanın nəzarətinə keçmiş oldu. Azərbaycan tərəfi xoş məram nümayiş etdirərək alternativ yol çəkilənə qədər bu yoldan gediş-gəlişə icazə verib, amma erməni tərəfinin Azərbaycan əsgərinə hücum edərək, bıçaqlamasından sonra, Azərbaycan tərəfi həmin ərazidə polis postu qurdu. 

İranın Azərbaycan ərazisi olan Xankəndindəki erməni separatçılarına qanunsuz olaraq yük daşımasından sonra isə ərazidə gömrük postu da qurulub. Azərbaycan tərəfi beynəlxalq qanunlara görə, İran yük maşınlarını yoxlayır və rüsum almaqla keçidinə icazə verir. 

Avropa.info


Oxunma sayı: 2949

Oxşar yazılar