Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib

  • 17:49 - 17 Sentyabr

Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyi təqdim edilib.

Avropa.info-nun məlumatına görə bu barədə mədəniyyət naziri Anar Kərimov “Twitter”də paylaşım edib.

Özbəkistanın Xivə şəhərində keçirilən Türksoyun 38-ci nazirlər iclasında iştirak edən A.Kərimov ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi və mədəni abidələrin dağıdılmasından,Vətən müharibəsindən danışdığını vurğulayıb.

O, Şuşanın 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdiyini qeyd edib.


Oxunma sayı: 5182

Oxşar yazılar