Eldar Həsənov ev dustaqlığına buraxılmadı - QƏRAR

  • 13:57 - 17 Sentyabr

Azərbaycanın keçmiş baş prokuroru və keçmiş səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Avropa.info-nun APA-ya istinadla məlumatına görə, vəkil Cavad Cavadov təqsirləndirilən Eldar Həsənovun səhhətində ciddi problemlərin olmasını və vəziyyətinin pisləşməsi səbəbindən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.

Vəsatətə təmin edilməyib.

Prosesdə fasilə elan olunub.


Oxunma sayı: 4984

Oxşar yazılar