Almaniyadan deportasiya edilən jurnalist: “Bakıda karantinə alınmışıq”

  • 16:34 - 17 Sentyabr

“14 sentyabrda Almaniyadan edilən kütləvi deportasiyada mən və üç uşağım da var. Hazırda koronavirus səbəbindən Bakıdakı "Atletlər kəndi"ndə 7-14 günlük karantindəyik”.

Avropa.info xəbər verir ki, bunu Almaniyadan deportasiya edilən jurnalist, “Yeni Müsavat” qəzetinin sabiq əməkdaşı Röya Rəfili bildirib.

Baş verənlərdən üzüldüyünü deyən R.Rəfili karantin səbəbindən dostlarının suallarını cavabsız qoyduğunu qeyd edib.

“Narahatlığınız və baş verənlər üçün üzgünəm. Yazılan mesajları cavablaya bilməməyimi də üzürlü hesab edin. Bir sözlə, belə bizə sevgisini, qayğısını göstərən hər kəsə təşəkkür edirəm. Ümid edirəm, uşaqlarımın yaşaması üçün bir yol tapacam, nigaran qalmayın”.

Röya Rəfili Azərbaycanda ANS, "Yeni Müsavat” və "Kanal 13” kimi media quruluşlarında çalışıb. 2017-ci ildə Almaniyaya gedən R.Rəfili bu ölkədən sığınacaq istəmişdi. İki oğlan anası olan keçmiş jurnalist mühacirətdə ikinci dəfə ailə qurub və bir qız övladı dünyaya gəlib.


Oxunma sayı: 859

Oxşar yazılar