Azərbaycanla Ermənistan arasında "sülh müqaviləsi" bu ilin sonunadək imzalanacaq? - İrəvandan SENSASİYALI İDDİA

  • 12:24 - 17 Sentyabr

Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb. İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla “sülh müqaviləsi”nin detallarını müzakirə edib.

Bu sözləri Avropa.info-ya siyasi şərhçi Asif Nərimanlı deyib.

O qeyd edib ki, son dövrlər Azərbaycanın siyasi-hərbi rəhbərliyindən heç kimin Rusiyaya səfər etmədiyini nəzərə alsaq, bu iddianın reallıqla məsafəsi daha da uzaqlaşır, lakin detallar maraqlıdır:

- Sərhədin delimitasiya və demarkasiya prosesinin SSRİ xəritəsinə uyğun aparılması razılaşdırılıb;

- Qarabağın “statusu” ilə bağlı erməni tərəfi heç nəyə nail olmayıb: bu məsələ İrəvan tərəfindən hələ də açıq saxlanılır;

- Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinə 5 ildən sonra baxılacaq;

- Zəngəzur dəhlizinin açılması reallaşacaq: Ermənistanın yola görə tranzit haqqı alması mümkündür;

- Sənədin tamamlanması yanvar ayına qədər yekunlaşacaq;

Onun sözlərinə görə, bu məqamlar Azərbaycanın Ermənistana təqdim etdiyi yekun sülh müqaviləsi proqramına uyğundur. Erməni mənbələrin “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı və tirajladıqları detalların həqiqiliyi sual altındadır:

"Lakin Azərbaycan-Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimlərinin “sülh müqaviləsi” masasında Bakının əlini gücləndirəcəyi şübhəsizdir".

Qeyd edək ki, ermənilərin "Hrapark" qəzeti isə öz mənbələrinə Moskvada Ermənistan və Azərbaycanın nümayəndə heyətləri arasında qapalı danışıqlar aparıldığını yazıb.

Avropa.info


Oxunma sayı: 3532

Oxşar yazılar