Təhsil kreditlərinin verilicəyi tarix açıqlandı - ŞƏRTLƏR

  • 14:51 - 17 Sentyabr

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq.

Avropa.info xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

"Təhsil-tələbə kreditləri təhsil üçün yeni bir mexanizmdir. Fondun 80 milyon manatlıq büdcəsi var. Bu il ərzindən təxminən 40 minə yaxın tələbəyə təhsil kreditlərinin verilməsini həyata keçirəcəyik. Burada həm bakalavr, həm də magistr pilləsində kreditlərin verilməsindən söhbət gedir. Təhsil-tələbə kreditinin iki forması nəzərdə tutulub. Biri sosial kreditlərdir, digəri isə standart təhsil-tələbə kreditidir. Sosial kreditlər əsasən sosial qruplardan olan tələbələrə təhsil haqlarını ödəməyə imkan verəcək. Həmin kateqoriya müəyyənləşdirilib. Burada xüsusi güzəştlər də var. Məsələn, siz 4 il ərzində kredit almısızsa, 4 ildən sonra sizə müəyyən güzəşt dövrü verilir. Oğlanlar hərbi xidmət dövründə kreditin qaydarılmasından azaddır. Qızlar isə ailə qurublarsa, onların analıq məzuniyyəti dövrü və ondan əvvəlki dövr güzəşt dövrü hesab edilir. Həmçinin əgər tələbə iki il işləmirsə, həmin müddətdə krediti qaytarmaqdan azaddır. Kreditin qaytarılması dövrü də kifayət qədər uzunmüddətli bir dövrdür".

Şöbə müdiri kreditin qaytarılmasında digər güzəştlərin də nəzərdə tutulduğunu qeyd edib:

"Sosial kredit alanların smestr imtahanlarında balı 71 baldan yuxarıdırsa, həmin smestr üçün faiz hesablanmır. Əgər bütün təhsil müddəti dövründə 91 baldan yüksəkdirsə, bu zaman ümumiyyətlə aldığınız kreditin 50 faizini qaytarmaqdan azad olunursunuz və digər hissənin faizləri də kifayət qədər aşağı olur. Standart krediti üçünsə orta müvəffəqiyyət göstəricisi yüksək olanlar və qəbul imtahanlarında yüksək bal toplayanlar müraciət edə bilər. Bu, Azərbaycan təhsil sistemində inqilabi dəyişiklikdir".

Nicat Məmmədlinin sözlərinə görə, tələbənin orta müvəffəqiyyət göstəricisinin hesablanması üçün yeni sistem də yaradılıb:

"Söhbət 170-180 min tələbədən gedir. Əlbəttə ki, birinci semestrdən müraciət edənlərə də kreditlərin verilməsi nəzərdə tutulub. Bunun üçün keçid balı tələb olunur. Bu da şura tərəfindən müəyyənləşdirilib. Bütün bunların hamısının vahid elektron bazada toplanması, sığorta, bank sisteminin qurulması uzun vaxt aparır. Lakin oktyabrın əvvəllərindən etibarən kreditlərin verilməsinə başlamağı hədəfləmişik. Proses qaydasına düşəndən sonra öz axarınca davam edəcək".


Oxunma sayı: 826

Oxşar yazılar