Türkiyədə ŞOK CİNAYƏT: PUA və SİHA-lar barədə məlumatları özəl şirkətlərə sızdırdılar - 11 nəfər həbs olundu

  • 12:49 - 17 Sentyabr

Türkiyə Müdafiə Sənayesi Nazirliyi və Hərbi Dəniz Qüvvələrindəki PUA və SİHA-lar da daxil olmaqla milli layihə məlumatlarının pul qarşılığında özəl şirkətlərə sızdırıldığı iddiası ilə 11 nəfərə qarşı istintaq işi başladılıb.

Avropa.info xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyinin və Dəniz Qüvvələri Komandanlığının qaldırdığı iddia üzrə "casusluq" edən şəxslərin istintaqı tamamlanıb.

Üç dənizçi polkovnik, 2 kapitan, Müdafiə Sənayesi Nazirliyinin keçmiş layihə rəhbəri Yusuf Hakan Özbilgin, 1 layihə müdiri və Türkiyə Aviasiya və Kosmos Sənayesinin (TUSAŞ) iki əməkdaşına "siyasi və hərbi casusluq məqsədləri üçün dövlətin məxfi məlumatlarını təqdim etmək" və Hərbi Dəniz Qüvvələrində 2 mayora qarşı "dövlətin təhlükəsizliyi və siyasi faydaları ilə bağlı məxfi məlumatların açıqlanması" ittihamı ilə cinayət işi açılıb. İddianamə Ankara 25 -ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib və  11 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

İddianamədə Müdafiə Sənayesi Nazirliyində keçmiş layihə meneceri olan təqsirləndirilən Yusuf Hakan Özbilginin nazirliyin layihələri və tenderləri haqqında məlumatları, PUA və SİHA -lar haqqında məlumatları şirkət rəhbərlərinə çatdırdığı qeyd edilib. Özbilginin ASELSAN, TUSAŞ kimi bir çox qurumun layihələri və məlumatları da şirkətlərə ötürdüyü və maddi qazanc əldə etdiyi ifadə edilib. İddianamədə helikopter, gəmi və silah sistemləri layihələrinin tender məlumatlarını şirkətlərə sızdırdığı müəyyən olunub. Bundan başqa, təqsirləndirilən Özbilgindən tutulan külli miqdarda pul və bank hesablarındakı aktivliyə diqqət çəkilib. Təqsirləndirilən şəxsin bu pulu törətdiyi iddia edilən cinayət müqabilində əldə etdiyi qiymətləndirilib.

İddianamədə müttəhimlər arasındakı ünsiyyət qeydləri, vatsap və e-mail yazışmaları, şübhəlilər Yusuf Hakan Özbilgin və Emre Özlükün tanış olduğu anların fotoşəkilləri də dəlil olaraq yer alıb.


Oxunma sayı: 3499

Oxşar yazılar